Modern.az

Tokayev Finlandiya prezidentinə nələr YAZDI?

Tokayev Finlandiya prezidentinə nələr YAZDI?

Dünya

12 Fevral 2024, 16:56

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Aleksandr Stubbı Finlandiya Prezidenti seçilməsi münasibətilə təbrik edib.

 

Modern.az xəbər verir ki, bu barədə Qazaxıstan PA - "Aqorda" məlumat yayıb.

 

Tokayev Aleksandr Stubb prezident seçkilərində qələbə qazanması ilə əlaqədar ona təbrik teleqramı göndərib:

 

"Seçkilərdə qələbəniz xalqın ümidverici proqramınıza olan inamının və dəstəyinin, zəngin siyasi təcrübənizin etirafının bariz göstəricisidir. Əminəm ki, Finlandiya Sizin rəhbərliyiniz altında dinamik inkişaf və tərəqqi yolunda davam edəcək. Biz Finlandiya ilə möhkəm dostluq və qarşılıqlı hörmətə əsaslanan əlaqələrimizi yüksək qiymətləndiririk".

 

Teleqramda daha sonra deyilir: “Uzunmüddətli əməkdaşlığı daha da gücləndirmək və ikitərəfli münasibətlərin potensialını ölkələrimizin xeyrinə reallaşdırmaq məqsədilə sizinlə və Finlandiya hökuməti ilə sıx əməkdaşlığa ümid edirəm”.

Twitter
Sizə yeni tvit var
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi