Modern.az

Mirzoyan Avropa Parlamentində Cənubi Qafqazı müzakirə etdi

Mirzoyan Avropa Parlamentində Cənubi Qafqazı müzakirə etdi

Dünya

13 Fevral 2024, 10:12

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Avropa Parlamentinin Təhlükəsizlik və Müdafiə üzrə Alt Komitəsinin sədri Natali Loiseau ilə görüşüb.
 

Modern.az xəbər verir ki, görüşdə Avropa İttifaqı - Ermənistan tərəfdaşlığı gündəliyinə dair məsələlər müzakirə edilib. Bu kontekstdə tərəfdaşlığın dərinləşdirilməsi perspektivi və bu istiqamətdə hər iki tərəfin səyləri qeyd edilib.


Tərəflər Cənubi Qafqazdakı regional problemləri də müzakirə ediblər.

Ararat Mirzoyan Avropa Parlamentindəki həmkarına erməni tərəfinin Azərbaycanla münaqişəyə dair mövcud çağırışlarını təqdim edib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi