Modern.az

Gürcüstan Münhen Konfransına iki nümayəndə göndərir 

Gürcüstan Münhen Konfransına iki nümayəndə göndərir 

Dünya

13 Fevral 2024, 21:19

Gürcüstan fevralın 15-16-da Almaniyada keçiriləcək Münhen Təhlükəsizlik Konfransında iki nümayəndə heyəti ilə təmsil olunacaq.

 

Modern.az xəbər verir ki, bu barədə Gürcüstan mətbuatı məlumat yayıb.

 

Bildirilir ki, Prezident Salome Zurabişvili konfransda iştirak etmək üçün təşkilatçılardan dəvət alıb və artıq Almaniyaya yola düşüb. Prezidentin yenə də hökumətlə razılaşdırılmadan Almaniyaya səfərə getdiyi bildirilir.

 

Gürcüstan hökuməti adından gedəcək xüsusi nümayəndə heyətinə isə xarici işlər naziri İlya Darçiaşvili rəhbərlik edəcək.

 

Keçən il konfransda Gürcüstanı Baş nazirin rəhbərliyi ilə nümayəndə heyəti təmsil edib. Bu il isə Baş nazir İrakli Kobaxidze Brüsselə səfərə hazırlaşdığı üçün bu səfərə gedə bilməyib.

 

Builki Münhen Təhlükəsizlik Konfransında 50-yə yaxın dövlət başçısının iştirakı nəzərdə tutulub. Konfransda əsasən Ukrayna müharibəsi ətrafında yaranmış böhran, Yaxın Şərqdəki vəziyyətin müzakirə olunacağı gözlənilir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi