Modern.az

Paşinyanın müavini İran prezidenti ilə görüşüb

Paşinyanın müavini İran prezidenti ilə görüşüb

Dünya

15 Fevral 2024, 15:48

Ermənistan baş nazirinin müavini Mher Qriqoryan İran prezidenti İbrahim Rəisi ilə görüşüb.

 

Modern.az xəbər verir ki, bu barədə "Sputnik Armenia" məlumat yayıb.

 

Görüş Qriqoryanın İrana səfəri çərçivəsində baş tutub.

 

"İranın Ermənistanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünə dəstəyi Yerevan üçün çox dəyərli və vacibdir", - deyə Qriqoryan söyləyib.

 

İran prezidenti Tehranın İrəvanla Bakı arasında sülh danışıqlarını dəstəklədiyini deyib. O qeyd edib ki, "regional problemlərin həlli bəhanəsi ilə bölgədə əcnəbilərin olması" İran tərəfindən birmənalı qarşılanmır.

Sizə yeni x var
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə