Qazaxıstanda benzinin qiymətlərinə yenidən baxılması planlaşdırılır.
Modern.az "Zakon.kz"a istinadən xəbər verir ki, energetika naziri Almasadam Satkəliyevin sərəncam layihəsində yanacağın pərakəndə satışı üçün maksimum qiymətlərin müəyyən edilməsi təklif edilir:
Aİ-80 benzini – litri 89 təngə
Aİ-92 və Aİ-93 markalı benzin - litri 205 təngə
Dizel yanacağı - litri 295 təngə
Hazırda dizel yanacağının maksimal qiyməti əcnəbilər üçün 450 təngə, qazaxıstanlılar üçün 295 təngədir. Layihənin ictimai müzakirələri fevralın 28-dək davam edəcək.