Modern.az

O vaxt mənim istefamı tələb edənlərə 1 sualım var... - Sarkisyan

O vaxt mənim istefamı tələb edənlərə 1 sualım var... - Sarkisyan

Dünya

16 Fevral 2024, 15:52

"Mən baş nazir fəaliyyətini yalnız sonradan baş verən fəlakətin qarşısını almaq üçün davam etdirmək istədim".

 

Modern.az "Sputnik Armenia"ya istinadən xəbər verir ki, bunu Ermənistanın sabiq prezidenti Serj Sarkisyan 2018-ci ildəki vəziyyət haqqında deyib.

 

Sarkisyanın sözlərinə görə, 2018-ci ildə “sakitcə evə gedə bilərdi”, amma bunu etməyib: "Lakin mənim belə bir qərar verərkən şəxsi maraqlarım olmayıb. Eyni zamanda, o zaman mənim istefamı tələb edənlərin hamısından soruşmaq istəyirəm - onlar bununla nəyə nail olublar?".

 

Qeyd edək ki, Serj Sarkisyan 2 dönəm prezident olduqdan sonra referendum keçirərək ölkəni parlamentar respublikaya çevirib və baş nazir postunu tutub. Lakin qısa müddət sonra məxməri inqilabla devrilib və Nikol Paşinyan hakimiyyətə gəlib.

Sizə yeni x var
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu