Modern.az

Zelenski həmin sazişi Makronla da imzaladı

Zelenski həmin sazişi Makronla da imzaladı

Dünya

17 Fevral 2024, 00:50

Ukrayna və Fransa prezidentləri Volodimir Zelenski və Emmanuel Makron fevralın 16-da Parisdə keçirilən görüş zamanı təhlükəsizlik sahəsində əməkdaşlıq haqqında ikitərəfli saziş imzalayıblar.

 

Modern.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.

 

Razılaşmaya əsasən, Fransa 2024-cü ildə Ukraynaya 3,24 milyard avro əlavə hərbi yardım verəcək, əsgərlərə təlim keçəcək və daha çox silah göndərəcək.

 

Ukrayna bundan əvvəl eyni sazişi Almaniya və Böyük Britaniya ilə də imzalayıb.

 

Emmanuel Makron Parisdə Zelenski ilə keçirdiyi mətbuat konfransında deyib ki, bu saziş uzunmüddətli perspektivdə Ukraynanı dəstəkləmək əzminin əlamətidir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi