Modern.az

Dövlət binalarında zəhərli məktub tapıldı

Dövlət binalarında zəhərli məktub tapıldı

Dünya

17 Fevral 2024, 08:11

Belçikanın paytaxtında Brüsseldə üç dövlət binasında tərkibində zəhərli toz olan məktublar tapılıb.

 

Modern.az xəbər verir ki, bu barədə şəhər prokurorluğu məlumat yayıb.

 

"Üç müxtəlif yerdə - Kral II Albert bulvarında Dövlət Təhlükəsizlik Xidmətinin binası, Nəbatat bağı bulvarındakı ədliyyə nazirinin ofisi və Poulart meydanındakı məhkəmə binasında zəhərli ağ toz olan məktublar aşkarlanıb”, - prokurorluğun bəyanatında deyilir.

 

Qeyd olunur ki, tozla təmasda olan hər kəs təcrid olunaraq müayinə edilib. Ölən və yaralananlar olmayıb. Tədqiqatın ilkin nəticələri göstərib ki, tozun tərkibində zəhərli brusin maddəsi var.

 

Qəbul edildikdə brusin mərkəzi sinir sistemini qıcıqlandırır və əzələ ağrılarına səbəb olur.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi