Modern.az

Tramp fırıldaqçılıqda ittiham olunur

Tramp fırıldaqçılıqda ittiham olunur

Dünya

17 Fevral 2024, 09:28

Nyu-York məhkəməsi ABŞ-ın keçmiş prezidenti Donald Trampı “Trump Organization” aktivlərinin qiymətləndirilməsində fırıldaqçılıqla bağlı mülki işdə təqsirli bilib. Tramp buna görə təxminən 355 milyon dollar təzminat ödəməlidir.

 

Modern.az xəbər verir ki, bu barədə CNN telekanalı məlumat yayıb.

 

Bundan əlavə, Trampın Nyu-Yorkda hər hansı korporasiyanın əməkdaşı və ya direktoru kimi fəaliyyət göstərməsi üç il müddətinə qadağan ediləcək.

 

Telekanal hesab edir ki, keçmiş Amerika lideri çox güman ki, bu qərardan apellyasiya şikayəti verəcək.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi