Modern.az

ABŞ Çinin Rusiyaya hərbi dəstəyindən narahatdır

ABŞ Çinin Rusiyaya hərbi dəstəyindən narahatdır

Dünya

17 Fevral 2024, 13:36

ABŞ-ın dövlət katibi Antoni Blinken Rusiyanın Ukrayna ərazilərini işğal etməsinə Çin tərəfindən dəstək verilməsindən narahatlığını bildirib.

 

Modern.az xəbər verir ki, ABŞ rəsmisi bu narahatlığını Munxen Təhlükəsizlik Konfransı çərçivəsində Çinin xarici işlər naziri Van İ ilə görüşdə dilə gətirib. Dövlət Departamentinin görüşə dair açıqlamasında deyilir ki, Antoni Blinken ÇXR-in Rusiya müdafiə sənayesinə dəstəyi ilə bağlı ölkəsinin narazılığını çatdırıb.

 

Qeyd edək ki, Ukraynada müharibə başlayandan bəri ABŞ başda olmaqla Qərb blokuna daxil olan ölkələrin rəsmiləri bir neçə dəfə Çinin Rusiyaya hərbi dəstək göstərməsinə dair açıqlamalar verib. Bura həm də Çin şirkətlərinin Rusiyanın müdafiə sənayesi kompleksinə dəstəyi, ikili təyinatlı məhsulların ixracı və s. daxildir. Çin tərəfi isə bu iddiaları qəti surətdə təkzib edir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Kəlbəcərdə öl*mlə nəticələn hadisə baş verdi