Modern.az

Orbandan İsveçlə bağlı mühüm MESAJ

Orbandan İsveçlə bağlı mühüm MESAJ

Dünya

17 Fevral 2024, 19:59

Macarıstan parlamenti fevralın 26-da açılacaq yaz sessiyasının əvvəlində İsveçin NATO-ya daxil olması haqqında sazişi ratifikasiya edəcək.

 

Modern.az xəbər verir ki, bunu Macarıstanın Baş naziri Viktor Orban ölkənin əsas siyasət prioritetləri ilə bağlı çıxışı zamanı deyib.

 

“İsveçlə bağlı məsələ sona çatmaq üzrədir. İsveçin Baş naziri ilə birlikdə etimadın bərpası üçün mühüm addımlar atmışıq. Parlament yaz sessiyasında İsveçin NATO-ya üzvlüyünü ratifikasiya edə bilər. Buna doğru gedirik”, - deyə Orban bildirib.

 

Macarıstan parlamentinin yaz sessiyası qış tətilindən sonra fevralın 26-da başlayacaq. Hökumət ötən ilin yayında İsveçin NATO-ya qəbulu ilə bağlı qanun layihəsini parlamentə təqdim etmişdi.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi