Modern.az

Ukrayna sammiti təxirə salına bilər 

Ukrayna sammiti təxirə salına bilər 

Dünya

17 Fevral 2024, 23:34

Ukraynadakı vəziyyətin sülh yolu ilə nizamlanması üzrə sammit təxirə salına bilər.

 

Modern.az xəbər verir ki, bu barədə "Bloomberg" nəşri yazıb.

 

İclasın aprel və ya may aylarına təxirə salınacağı güman edilir. Ukrayna hakimiyyəti görüşü martda keçirməyi planlaşdırır. Onların fikrincə, iclasın təxirə salınmasına səbəb dünya liderlərinin “laqeydliyi”dir.

 

Nəşr yazır ki, Ukraynanın xarici işlər naziri Dmitri Kuleba Münhen konfransı zamanı Çini sammitdə iştirak etməyə razı salmaq üçün bu ölkədən həmkarı Vanq Yi ilə görüşməyə çalışıb.

 

Jurnalistlərə açıqlama verən Vanq Yi Rusiya və Ukrayna arasında sülh danışıqlarına qayıtmaq üçün heç bir şəraitin olmadığını bildirib.

 

Bir sıra ölkələr, o cümlədən Çin Rusiyanı sammitə dəvət etməyi zəruri hesab edir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi