Modern.az

Rusiya strateji şəhəri ələ keçirdi - Şoyqu Putinə məruzə etdi

Rusiya strateji şəhəri ələ keçirdi - Şoyqu Putinə məruzə etdi

18 Fevral 2024, 00:29

Rusiyanın müdafiə naziri Sergey Şoyqu prezident Vladimir Putinə Ukraynanın Avdiyevka şəhərinin ələ keçirildiyini məruzə edib.

 

Modern.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

 

O,general-polkovnik Andrey Mordviçevin komandanlığı altındakı Mərkəz qoşun qrupu tərəfindən yaşayış məntəqəsinin tam nəzarətə götürüldüyünü bildirib.

 

Açıqlamada Rusiya qoşunlarının 31,75 kvadratkilometr ərazini nəzarətə götürdüyü iddia edilir.

 

Nazirlik Avdiyevkanın alınmasının cəbhə xəttini Donetskdən uzaqlaşdırmağa imkan verdiyini bildirib. 

 

Fevralın 17-nə keçən gecə Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Aleksandr Sırski şəxsi heyəti qorumaq üçün qoşunları şəhərdən çıxarmaq qərarına gəldiyini açıqlayıb.

 

Ukrayna ordusunun rəsmisi Aleksandr Tarnavski bildirib ki, Ukrayna hərbçilərinin bir hissəsi Avdiyevkadan geri çəkilərkən əsir götürülüb.

 

O, şəhərdə xarabalıqlar və bir qalaq kərpic qaldığını vurğulayıb.

 

Avdiyevka 2014-cü ildə Rusiya ordusu tərəfindən işğal edilib, lakin qısa müddət sonra şəhər işğalçılardan təmizlənib. Daha sonra şəhərin ətrafında istehkamlar tikilib. Bu şəhər Rusiyanın nəzarətində olan Donetsk regional mərkəzinə giriş qapısı hesab olunur.

 

Rəsmilər deyirlər ki, böyük koks zavodunun yerləşdiyi şəhərdə əvvəl 32.000 insan yaşayırdısa, indi 1500-dən az sakin qalıb. 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Kəlbəcərdə öl*mlə nəticələn hadisə baş verdi