Modern.az

Müdafiə üzrə Avropa komissarı vəzifəsi yaradılır

Müdafiə üzrə Avropa komissarı vəzifəsi yaradılır

18 Fevral 2024, 08:32

Avropa Komissiyasının başçısı Ursula Fon der Lyayen Münxen Təhlükəsizlik Konfransında bəyan edib ki, Avropa Komissiyasının növbəti tərkibində ilk dəfə olaraq müdafiə üzrə Avropa komissarı vəzifəsi yaradılacaq.

 

Modern.az xəbər verir ki, Fon der Lyayen deyib:

 

“Əgər mən Avropa Komissiyasının növbəti tərkibinə başçılıq etsəm, əlbəttə ki, müdafiə üzrə Avropa komissarı postunu yaradacağam. Onun hansı ölkədən, kişi və yaxud qadın olacağını hələ bilmirəm, lakin bu vəzifə bizə lazımdır”.

 

Avropa Komissiyasının növbəti tərkibi 2024-cü ilin noyabrında öz işinə başlayacaq.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Kəlbəcərdə öl*mlə nəticələn hadisə baş verdi