Ermənistanın baş naziri Nikol Paşinyan Avropa Xarici Fəaliyyət Xidmətinin Mülki Əməliyyatlar Komandanı Stefano Tomatla görüşüb.
Modern.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, görüşdə Paşinyan Aİ-nin mülki missiyasının Ermənistan-Azərbaycan sərhədində fəaliyyətinin vacibliyini qeyd edib.
O əlavə edib ki, "missiyanın səmərəli fəaliyyəti regionda sülhün və sabitliyin təmin olunmasına" töhfə verir. Tərəflər Aİ-nin müşahidəçi missiyasının nəticələrinə və onun gələcək fəaliyyəti ilə bağlı məsələlərə toxunub.
Həmçinin Ermənistan və Aİ arasında çoxsahəli əməkdaşlığın daim inkişafının vacibliyini vurğulanıb.