Modern.az

Paşinyan Parisdədir - YENİLƏNİB

Paşinyan Parisdədir - YENİLƏNİB

21 Fevral 2024, 17:42

Ermənistanın baş naziri Nikol Paşinyan Fransadadır.

 

Modern.az xəbər verir ki, onu Paris aeroportunda rəsmi şəxslər qarşılayıb.

 

***

11:24

 

Ermənistanın baş naziri Nikol Paşinyan həyat yoldaşı Anna Akopyanla birlikdə iki günlük işgüzar səfərlə Fransaya gedib.

 

Modern.az xəbər verir ki, bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb.

 

Bildirilib ki, baş nazirin nümayəndə heyətinə icra və qanunvericilik orqanlarının üzvləri daxildir. Onun Fransa prezidenti Emmanuel Makronla görüşü planlaşdırılır.

 

Paşinyan Fransa Senatının sədri Jerar Larşe, baş nazir Qabriel Attal və Paris meri Ann Hidalqo ilə də görüşlər keçirəcək.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?