Gürcüstanın “Georgian Wings” aviaşirkəti Tiflisdən Kişinyova birbaşa uçuş təşkil edib.
Modern.az xəbər verir ki, bu barədə "Sputnik Georgia" məlumat yayıb.
Gürcüstan paytaxtından Moldova paytaxtına uçuşlar həftədə iki dəfə - çərşənbə axşamı və şənbə günləri yerinə yetiriləcək.
Moldova ilə yanaşı, aviadaşıyıcı 2024-cü ildən İran, Qazaxıstan və Özbəkistana da reyslər əlavə edəcək.