Modern.az

Gürcüstanda torpaq sürüşməsi TƏHLÜKƏSİ

Gürcüstanda torpaq sürüşməsi TƏHLÜKƏSİ

Dünya

21 Fevral 2024, 22:31

Güclü leysan yağışları Gürcüstanda yenidən ciddi problemlər yaradıb. Kvemo Svaneti bölgəsinin Raça-Leçxumi Oni rayonunda torpaq sürüşməsi güclənib.

 

Modern.az xəbər verir ki, bu barədə rayon administrasiyası məlumat yayıb. Bildirilir ki, güclü yağışlar Utsera, Cinçvisi və Bari kəndlərində sürüşmə proseslərini gücləndirib. Bu ərazilərdə torpaq sürüşmələri yol və tikinti infrastrukturuna ciddi ziyan vurub.

 

Regiondakı vəziyyəti öyrənmək üçün müvəqqəti qrup yaradılıb. Sürüşmə təhlükəsi olan ərazilərə Ətraf Mühitin Mühafizəsi Milli Agentliyinin geoloqu tərəfindən baxış keçirilib, vəziyyət qiymətləndirilib.

 

Agentliyin bir qrup geoloqu Samtsxe-Cavaxeti, Quriya və İmereti bölgələrində sürüşmələrin artması vəziyyətini öyrənir. Xüsusilə Adigeni, Borjomi, Xoni və Çoxatauri bölgələrində yaşayış binalarının, infrastruktur obyektlərinin yerləşdiyi ərazilərdə araşdırma aparır.

 

Mütəxəssislər tərəfindən Acarıstan Muxtar Respublikası da daxil olmaqla 541 ailənin evlərinə baxış keçirilib, vəziyyət qiymətləndirilib, qabaqlayıcı tədbirlər həyata keçirilib, 300-dək ailənin sabit əraziyə köçürülməsi məqsədəuyğun hesab edilib.

 

Qeyd edək ki, son illər Gürcüstan ərazisində torpaq sürüşməsi daha tez-tez baş verir. 2023-cü ilin avqustunda Şovi dağ kurortunda torpaq sürüşməsi 32 nəfərin həyatına son qoyub, bir ay sonra isə eyni səbəbdən daha üç nəfər həlak olub. 2024-cü il fevralın 6 və 7-də isə Acarıstan və İmereti bölgələrində torpaq sürüşməsi və uçqun nəticəsində 11 nəfər həlak olub. Gürcüstanda ölümlə nəticələnən sürüşmələrin əsas səbəbi iqlim dəyişikliyi ilə əlaqələndirilir.

 

Milli Agentliyin 3 qrupu Gürcüstan ərazisində yaranmış fəlakət zonalarında qalıb və hadisələri yerində tədqiq edir. Onların məlumatına görə, İmeretidə sürüşmə, Raçada isə sürüşmə və sel hadisələri davam edir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!