Modern.az

Zelenskinin çağırışçılarla bağlı qanun layihəsi qəbul olunub - YENİLƏNİB

Zelenskinin çağırışçılarla bağlı qanun layihəsi qəbul olunub - YENİLƏNİB

Dünya

23 Fevral 2024, 14:52

Ukrayna Ali Radası çağırışçıların tərxis olunması ilə bağlı qanun layihəsini qəbul edib.

 

Modern.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, 319 deputat lehinə səs verib.

 

Əleyhinə səs verən olmayıb.

 

***

22.02.2024 / 15:56

 

Ukrayna prezidenti Volodimir Zelenski Ali Radaya çağırışçıların tərxis olunması ilə bağlı qanun layihəsi təqdim edib.

 

Modern.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, qanun layihəsinin tam mətni hələlik bəlli deyil, lakin onun təfərrüatları barədə deputat Aleksey Qonçarenko məlumat verib.

 

Hərbi vəziyyət dövründə müddəti başa çatan və müəyyən edilmiş müddətdən artıq uzadılan çağırışçıların “Ukrayna Prezidentinin fərmanı ilə müəyyən edilmiş” müddətdə ehtiyata buraxılması təklif edilir.

 

Qonçarenko teleqram kanalında yazıb: "Beləliklə, son tarixlər yoxdur. Hər şey Zelenskinin fərmanı ilə həll olunacaq".

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi