Modern.az

Yaponiyanın Baş naziri ABŞ Konqresində çıxış edəcək

Yaponiyanın Baş naziri ABŞ Konqresində çıxış edəcək

Dünya

23 Fevral 2024, 14:12

Yaponiyanın Baş naziri Fumio Kişida Vaşinqtona planlaşdırılan səfəri zamanı ABŞ Konqresində çıxış edəcək.

 

Modern.az xəbər verir ki, bu barədə Kyodo agentliyi yazıb.

 

Yaponiya hökuməti başçısının Konqresin hər iki palatası qarşısında çıxışı aprelin 11-də baş tuta bilər.

 

Bir müddət öncə Fumio Kişidanın aprelin əvvəlində ABŞ-a səfər edəcəyi və Prezident Cozef Baydenlə danışıqlar aparacağı barədə məlumat yayılıb. Yaponiyanın Baş naziri Vaşinqtona sonuncu dəfə 2023-cü ilin yanvarında səfər edib.

 

Ötən ayın sonlarında Yaponiya parlamentinin aşağı palatasının iclasında çıxış edən Fumio Kişida Tokionun Vaşinqtonla müxtəlif sahələrdə münasibətləri gücləndirmək niyyətində olduğunu bildirib. Onun sözlərinə görə, ABŞ-la müttəfiqlik regionda sülh və sabitliyə töhfə verir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi