Modern.az

Ukrayna hüdudlarından kənardakı Rusiya hərbi obyektlərini vura bilər - STOLTENBERQ

Ukrayna hüdudlarından kənardakı Rusiya hərbi obyektlərini vura bilər - STOLTENBERQ

Dünya

23 Fevral 2024, 15:08

"Ukrayna Silahlı Qüvvələri hüdudlarından kənarda olan Rusiya Federasiyasının hərbi obyektlərinə zərbələr endirmək hüququna malikdir".

 

Modern.az xəbər verir ki, bunu NATO-nun baş katibi Yens Stoltenberq "Azad Avropa" radiosuna müsahibəsində deyib.

 

O bildirib ki, Ukraynanın özünümüdafiə hüququ var: "Buraya həm də qanuni hərbi hədəflərə, Ukraynadan kənarda Rusiya hərbi obyektlərinə zərbələr endirmək daxildir".

 

"Financial Times" qeyd edib ki, bu, əvvəllər Ukraynanın Rusiyadakı hədəflərə hücumlarına qarşı çıxan Yens Stoltenberqin ritorikasında mühüm dəyişiklikdir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu