Modern.az

Bayden Rusiyaya qarşı 500-dən çox sanksiya tətbiqini TƏSDİQ ETDİ

Bayden Rusiyaya qarşı 500-dən çox sanksiya tətbiqini TƏSDİQ ETDİ

Dünya

23 Fevral 2024, 15:24

ABŞ prezidenti Co Bayden Vaşinqtonun Rusiya Federasiyasına qarşı 500-dən çox sanksiya tətbiq etdiyini təsdiqləyib.

 

Modern.az TASS-a istinadən xəbər verir ki, bu barədə Ağ Evdən bildirilib.

 

Bayden bildirib ki, Birləşmiş Ştatlar Rusiya Federasiyasına dəstək verdiyi üçün təxminən 100 şirkətə ixrac məhdudiyyətləri tətbiq edir.

 

O, ABŞ-ın Rusiya Federasiyasına qarşı yeni tədbirlərin bir hissəsi olaraq enerji resurslarından gəlirlərini "azaltmaq" üçün tədbirlər görəcəyini söyləyib.

 

Baydenin sözlərinə görə, Rusiya müxalifətinin lideri Aleksey Navalnının ölümünə görə də sanksiyalar tətbiq edilib.

 

“Bu sanksiyalar Navalnının həbsi ilə əlaqəli şəxsləri, o cümlədən Rusiyanın maliyyə sektorunu, müdafiə sənayesi bazasını, təchizat şəbəkələrini və bir çox qitələrdə sanksiyalardan yayınanları hədəf alacaq”, - Amerika prezidenti bildirib.

Twitter
Sizə yeni tvit var
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi