Modern.az

Səhiyyə nazirinin müavini işdən çıxarılacaq

Səhiyyə nazirinin müavini işdən çıxarılacaq

Dünya

23 Fevral 2024, 16:16

Ermənistan səhiyyə nazirinin müavini Armen Nazaryan tutduğu vəzifədən azad ediləcək.

 

Modern.az xəbər verir ki, bu barədə "Sputnik Armenia" məlumat yayıb.

 

Belə ki, o, fevralın 26-dan bu postu tutmayacaq. Müvafiq qərarı Ermənistanın baş naziri Nikol Paşinyan imzalayıb.

 

Qeyd edək ki, Nazaryan 2021-ci ilin sentyabrında nazir müavini təyin edilib. Bundan əvvəl o, Müdafiə Nazirliyinin Hərbi Səhiyyə Baş İdarəsinin rəisi vəzifəsində çalışıb.

Whatsapp
Bizə yazın!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi