Modern.az

Qərb liderləri Kiyevə GƏLDİLƏR

Qərb liderləri Kiyevə GƏLDİLƏR

Dünya

24 Fevral 2024, 11:59

Dörd Qərb lideri - İtaliya, Kanada, Belçika baş nazirləri və Avropa Komissiyasının rəhbəri Rusiyanın işğalının ikinci ildönümündə Ukrayna ilə həmrəylik ifadə etmək üçün fevralın 24-də Kiyevə gəlib.


Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, İtaliyanın baş naziri Corciya Meloni, Kanadanın baş naziri Castin Tryudo, Belçikanın baş naziri Aleksandr de Kroo və Avropa Komissiyasının sədri Ursula fon der Leyen qonşu Polşadan qatarla bir gecədə Ukraynanın paytaxtına gəliblər.
 

Günün sonunda Meloni Kiyevdə G7 liderlərinin daxil olduğu videokonfrans keçirəcək və Ukrayna prezidenti Vladimir Zelenski müzakirəyə qoşulmağa dəvət ediləcək.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi