Modern.az

Ermənistanda da qızılcaya yoluxma ARTDI

Ermənistanda da qızılcaya yoluxma ARTDI

Dünya

26 Fevral 2024, 13:16

Son bir həftə ərzində Ermənistanda qızılcaya yoluxma hallarının sayı 19 nəfər artıb.

Modern.az xəbər verir ki, bu barədə Ermənistan Respublikasının Xəstəliklərə Nəzarət və Profilaktika üzrə Milli Mərkəzi məlumat yayıb.

 

Xəstələr arasında 10 uşaq və 9 böyük var. Respublikada qızılcaya yoluxma hallarının ümumi sayı 645-ə yüksəlib (2024-cü il yanvarın 1-dən bəri 100 nəfər).

 

Milli peyvənd təqviminə əsasən, qızılcaya qarşı peyvənd 1 yaşdan 4-6 yaşa qədər olan uşaqlar üçün nəzərdə tutulub. Ermənistan Səhiyyə Nazirliyi peyvənd olunmamış uşaqların valideynlərini klinikalarla əlaqə saxlamağa çağırır. Qızılca xəstələri ilə təmasda olan şəxslər də peyvənd edilir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi