Modern.az

“Biz Rusiyanın qulu idik, artıq qul olmaq istəmirik!” - Erməni deputat

“Biz Rusiyanın qulu idik, artıq qul olmaq istəmirik!” - Erməni deputat

Dünya

26 Fevral 2024, 13:52

“Belarus prezidenti Aleksandr Lukaşenko qul statusunda yaşayır, amma biz bu statusda yaşamaq istəmirik”.

Modern.az xəbər verir ki, bunu fevralın 26-da jurnalistlərlə söhbətində hakim “Mülki müqavilə” partiyasından olan deputat Qaqik Melkonyan Ermənistanın KTMT-yə üzvlüyünün dondurulması prosesinə Lukaşenkonun reaksiyasına münasibət bildirərkən deyib.

“Lukaşenko çox şey dedi. Amma onun əsas leytmotivi bu idi - Ermənistan hara qaçacaq? Lukaşenko qul statusunda yaşayır, biz usə bu statusda yaşamaq istəmirik. Biz müstəqil ölkə olmaq istəyirik ki, kiminlə istəsək, görüşüb müqavilələr imzalaya bilək”, - deyə Melkonyan bildirib.

Deputat “Ermənistanın bundan əvvəl müstəqil deyildimi” sualına belə cavab verib: “Xeyr, biz Rusiya Federasiyasının qulu idik, çünki bizə hər şeyi diktə edən Moskva idi - kiminlə görüşməliyik, kiminlə ünsiyyətdə olmamalıyıq, kiminlə əlaqə saxlamalıyıq, kim ölkəmizdə prezident olmalıdır...”.

Ermənistanın niyə KTMT-dən çıxmadığını soruşduqda deputat deyib: “Vaxtı gələndə hər şeyi edəcəyik”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi