Modern.az

Putin-Ərdoğan görüşündən XƏBƏR VAR - Peskovdan Paşinyan AÇIQLAMASI

Putin-Ərdoğan görüşündən XƏBƏR VAR - Peskovdan Paşinyan AÇIQLAMASI

Dünya

26 Fevral 2024, 13:54

"Qərb çətin ki, öz iqtisadiyyatlarına aşkar ziyan vurmadan Rusiya Federasiyasına qarşı yeni sanksiyalarla çıxış edə bilsin".

 

Modern.az TASS-a istinadən xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov iddia edib.

 

"Danimarkanın “Şimal axını”nda təxribatla bağlı təhqiqatı dayandırması heyrət doğurur, vəziyyət absurda yaxındır. Rusiya Federasiyası "Şimal axını"nda təxribatla bağlı araşdırmalara nəzarət edəcək və onlar haqqında məlumat əldə etmək üçün öz imkanlarından istifadə edəcək. Rusiya iqtisadiyyatı sanksiyalara qarşı müqavimət göstərdi, bu, ABŞ da daxil olmaqla tanınır", - o iddiasını davam etdirib.

 

"Rusiya Federasiyası Ermənistanla Paşinyanın KTMT-də işin “dondurulması” ilə bağlı sözlərinə aydınlıq gətirməyə davam edəcək", - sözçü bildirib.

 

Peskov Zelenskinin sülh planının müzakirəsi üçün Cenevrə formatını qeyri-ciddi və gülünc adlandırıb: "Moskva və Kiyev arasında Zelenskinin sülh planını müzakirə etmək üçün heç bir əlaqə olmayıb".

 

Sözçü açıqlayıb ki, Rusiya Federasiyasında keçiriləcək prezident seçkilərinə qədər Putinlə Ərdoğan arasında görüş təyin edilməyib, lakin təmas üçün hazırlıqlar gedir. Peskov Navalnının tərəfdarlarının Kremlin anasına təzyiq göstərməsi ilə bağlı bəyanatlarını absurd adlandırıb.

 

"Putinin mart seçkiləri öncəsi təqvimi sıx və gərgindir", - sözçü əlavə edib.

Twitter
Sizə yeni tvit var
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi