Modern.az

Ermənistan prezidenti Küveyt səfiri ilə nələri müzakirə edib?

Ermənistan prezidenti Küveyt səfiri ilə nələri müzakirə edib?

Dünya

26 Fevral 2024, 17:10

Ermənistan prezidenti Vahaqn Xaçaturyan və Küveytin səfiri Nəvafa əl-Enezi iki ölkə arasında birbaşa uçuşların həyata keçirilməsi və viza rejiminin qarşılıqlı liberallaşdırılması imkanlarını müzakirə ediblər.

 

Modern.az xəbər verir ki, Ermənistan prezidentinin mətbuat xidmətinin məlumatına görə, Ermənistan və Küveyt qarşılıqlı maraq doğuran sahələrdə əlaqələri dərinləşdirmək istəyirlər.

 

Xaçaturyan qarşılıqlı səfərlər, eləcə də Xarici İşlər Nazirlikləri arasında məsləhətləşmələr vasitəsilə həyata keçirilən siyasi dialoqun yüksək səviyyədə saxlanmasının vacibliyini vurğulayıb. Səfir öz növbəsində qeyd edib ki, diplomatik fəaliyyəti dövründə "ikitərəfli münasibətlərin möhkəmləndirilməsi və qarşılıqlı fəaliyyətin genişləndirilməsi üçün" hər cür səy göstərir.

 

Həmsöhbətlər ölkələr arasında iqtisadiyyat, təhsil, turizm və s. sahələrdə əməkdaşlıq potensialının tam reallaşdırılması imkanlarına da toxunublar. Tərəflər iki ölkə arasında parlament diplomatiyasının intensivləşdirilməsinə, o cümlədən Küveytlə iqtisadi əməkdaşlığın, xüsusilə investisiya sahəsində dərinləşdirilməsinə yönəlmiş addımların atılmasının vacibliyini vurğulayıblar.

Whatsapp
Bizə yazın!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi