Modern.az

Slovakiya heç vaxt Ukraynaya qoşun göndərməyəcək - Baş nazir

Slovakiya heç vaxt Ukraynaya qoşun göndərməyəcək - Baş nazir

Dünya

26 Fevral 2024, 17:44

Slovakiyanın baş naziri Robert Fiko Slovakiya Təhlükəsizlik Şurasının iclasından sonra jurnalistlərə bildirib ki, Aİ və NATO-nun bir neçə ölkəsi Kiyevlə ikitərəfli razılaşmalar çərçivəsində Ukraynaya qoşun yeritmək imkanını nəzərdən keçirir.

 

Modern.az SME-yə istinadən xəbər verir ki, baş nazir vurğulayıb ki, Slovakiya hökuməti heç vaxt Slovakiya hərbi personalının Ukraynaya göndərilməsinə razılıq verməyəcək.

 

“Qərbin Ukrayna strategiyası iflasa uğradı. Bu tezislərdən belə nəticə çıxır ki, bir qrup NATO və Aİ ölkəsi ikitərəfli razılaşmalar əsasında Ukraynaya öz ordusunu göndərməyi düşünür”, - Slovakiyanın baş naziri bildirib.

 

Robert Fikonun fikrincə, Avropa qoşunlarının Ukraynaya göndərilməsi qərarı eskalasiyaya gətirib çıxaracaq. O bəyan edib ki, Slovakiya Kiyevə yalnız humanitar yardım göstərəcək, həmçinin minatəmizləmə maşınlarının tədarükü imkanlarını nəzərdən keçirir. Baş nazir əlavə edib ki, ölkəsi ukraynalıların təlimi məsələsində Ukraynaya yardım edəcək.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi