Macarıstan parlamenti İsveçin NATO-ya üzvlüyü ərizəsini ratifikasiya edib
Modern.az xəbər verir ki, deputatların əksəriyyəti qərarı dəstəkləyib.
188 deputat lehinə, 6 deputat əleyhinə səs verib.
Beləliklə, Macarıstan İsveçin alyansa daxil olmaq ərizəsini təsdiqləyən sonuncu NATO üzvü olub.
Sənəd qüvvəyə minməsi üçün Macarıstan prezidenti tərəfindən imzalanmalıdır.
“Mən Macarıstan parlamentinin İsveçin NATO-ya üzvlük ərizəsini ratifikasiya etmək üçün səsverməsini alqışlayıram. Artıq NATO üzvü olan bütün ölkələr bu qərarı təsdiqlədikdən sonra İsveç alyansın 32-ci müttəfiqi olacaq. İsveçin üzvlüyü hamımızı daha güclü və təhlükəsiz edəcək”, - NATO-nun baş katibi Yens Stoltenberq X sosial şəbəkəsində yazıb.