Modern.az

Macarıstan Prezidentinin istefası RƏSMİLƏŞDİ

Macarıstan Prezidentinin istefası RƏSMİLƏŞDİ

Dünya

26 Fevral 2024, 21:20

Macarıstan parlamenti Prezident Katalin Novakın istefasını qəbul edib.

 

Modern.az xəbər verir ki, qış fasiləsindən sonra ilk iclasında deputatlar dövlət başçısının istefaya getməsi ilə bağlı bəyanatını yekdilliklə təsdiqləyiblər.

 

Novak istefasını fevralın 10-da pedofiliya cinayətində iştirak edən şəxsin əfv olunması ilə bağlı qalmaqal fonunda elan edib. O, bağışlanmaz səhv etdiyini bildirib və vəzifəsindən getmək qərarına gəlib. Parlamentin iclasında çıxış edən Baş nazir Viktor Orban ona gördüyü işlərə görə təşəkkür edib.

 

Onun yerinə Konstitusiya Məhkəməsinin 67 yaşlı sədri Tamaş Şujokun namizədliyi irəli sürülüb. Bazar ertəsi onun namizədliyi ilə bağlı səsvermə keçiriləcək. Macarıstan Prezidenti parlament tərəfindən beş il müddətinə seçilir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi