Modern.az

Macarıstanın yeni prezidenti o seçildi

Macarıstanın yeni prezidenti o seçildi

Dünya

26 Fevral 2024, 22:19

Macarıstanın parlamenti səs çoxluğu ilə Konstitusiya Məhkəməsinin sədri Tamaş Szujoku ölkənin yeni prezidenti seçib.

 

Modern.az xəbər verir ki, bu barədə Macarıstanın "Telex" nəşri yazıb.

 

Şuyokun namizədliyini 134 deputat dəstəkləyib, beşi əleyhinə səs verib.

 

Tamaş Szuyok martın 5-də Macarıstan prezidenti vəzifəsinin icrasına başlayacaq. Həmin günə qədər Macarıstan Prezidentinin səlahiyyətlərini parlamentin sədri Laszlo Köver icra edəcək.

 

Qeyd edək ki, bu gün parlament Macarıstanın əvvəlki prezidenti Katalin Novakı yekdilliklə vəzifəsindən azad edib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi