Modern.az

İraq Prezidenti İlham Əliyevi təbrik etdi 

İraq Prezidenti İlham Əliyevi təbrik etdi 

27 Fevral 2024, 18:18

İraq Prezidenti Əbdüllətif Camal Rəşid Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

 

Modern.az xəbər verir ki, təbrikdə deyilir:

 

"Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizə İraq xalqı adından və şəxsən öz adımdan ən səmimi təbriklərimizi çatdırır, fəaliyyətinizdə uğurlar arzulayırıq. Uca və Qadir Allahdan Sizə möhkəm cansağlığı, uğurlar, dost xalqınıza xeyir və firavanlıq diləyirik.

 

Sizin yenidən Prezident seçilməyiniz peşəkarlığınız, səriştəniz və siyasi təcrübəniz sayəsində möhtərəm xalqınızın Sizə olan yüksək etimadını və fəaliyyətinizin təqdir olunmasını əks etdirir.

 

İraqın müxtəlif sahələrdə dost ölkələrimizin və xalqlarımızın rifahı naminə birgə əməkdaşlığı davam etdirmək və qarşılıqlı əlaqələrin inkişafına nail olmaq istəyini Zati-alinizin diqqətinə bir daha çatdırırıq".

Twitter
Sizə yeni tvit var
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?