Modern.az

ABŞ Ukraynaya qoşun göndərməyəcək

ABŞ Ukraynaya qoşun göndərməyəcək

Dünya

27 Fevral 2024, 21:39

Ağ Ev Co Baydenin daha əvvəl ABŞ-ın Ukraynaya döyüşmək üçün qoşun göndərməyəcəyini açıq şəkildə bildirdiyini xatırladıb.

 

Modern.az xəbər verir ki, bu barədə ABŞ Milli Təhlükəsizlik Şurasının sözçüsü Adrien Uatson bildirib.

 

Xanım Uotson əlavə edib ki, ABŞ prezidentinin fikrincə, Ukraynanın qələbəyə aparan yolu Konqresdən Ukrayna qoşunlarının silah və sursata malik olması üçün hərbi yardım paketini qəbul etməsidir.

 

Qeyd edək ki, fevralın 26-da Fransa prezidenti Emmanuel Makron Parisdə bir sıra Avropa dövlətlərinin başçıları ilə görüşündən sonra mətbuat konfransında deyib ki, o, Qərb ölkələrindən Ukrayna ərazisinə hərbçilərin göndərilməsini istisna etmir.

 

Polşa, İsveç, Almaniya, Slovakiya, Çexiya, Macarıstan, İtaliya və Böyük Britaniya öz qoşunlarını Ukraynaya göndərmək niyyətində olmadıqlarını bəyan ediblər.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi