Modern.az

Rusiya Çinin işğal ssenarisinə hazırlaşır - \"Financial Times\"

Rusiya Çinin işğal ssenarisinə hazırlaşır - \

28 Fevral 2024, 12:46

Rusiya Çin tərəfindən işğal ssenarisinə hazırlaşır.

 

Modern.az xəbər verir ki, bunu "Financial Times" yazıb.

 

Bildirilib ki, buna görə də hərbçilər nüvə silahından istifadəni sınaqdan keçiriblər.

 

Nəşr internetə sızan gizli hərbi sənədlərə istinadən yazır ki, nüvə cavabı meyarlarına həm Rusiya ərazisinə müdaxilə, həm də daha konkret meyarlar, məsələn, Rusiyanın strateji ballistik raket sualtı qayıqlarının 20%-nin məhv edilməsi daxildir.

 

Qeyd olunub ki, Rusiya Federasiyası işğal qüvvələrinin ikinci dalğası ilə “Cənub”un irəliləyişini dayandırmaq üçün taktiki nüvə zərbəsi planını nəzərdən keçirir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir