Modern.az

Cənubi Koreyada doğum rekord sayıda azalıb

Cənubi Koreyada doğum rekord sayıda azalıb

28 Fevral 2024, 12:58

Ötən il Cənubi Koreyada yeni doğulanların sayında rekord azalma qeydə alınıb.

 

Modern.az “Reuters” agentliyinə istinadla xəbər verir ki, statistikaya görə, 2023-cü ildə Cənubi Koreyada doğulan körpələrin sayı 7,7 faiz azalaraq 229 min 970-ə enib. Bu, statistik məlumatların toplanmağa başladığı 1981-ci ildən bəri ən aşağı göstəricidir.

 

Koreya Respublikasında doğum sayının azalması tendensiyası artıq ardıcıl olaraq səkkizinci ildir ki, davam edir. Buna yüksək mənzil qiymətləri və işsizlik kimi iqtisadi çətinliklərin səbəb olduğu bildirilir.

Whatsapp
Bizə yazın!
Keçid et
Əliyev Putinlə görüşə gedir