Modern.az

Rusiya Gürcüstandakı seçkilərə müdaxilə edə bilər - Prezidentdən həyəcan təbili

Rusiya Gürcüstandakı seçkilərə müdaxilə edə bilər - Prezidentdən həyəcan təbili

Dünya

28 Fevral 2024, 14:32

Gürcüstan prezidenti Salome Zurabişvili Rusiyanın oktyabrda Gürcüstanda keçiriləcək seçkilərə təsir etmək cəhdlərini istisna etməyib.

 

Modern.az xəbər verir ki, bu barədə Zurabişvili "Sky News"a müsahibəsində bildirib:

 

"Oktyabrda bizim çox mühüm seçkilərimiz var. Bizdən çox güclü olan bir çox başqa ölkələrin təcrübəsini və Rusiyanın seçkilərə necə müdaxilə edə biləcəyini, Rusiyanın digər ölkələrdə hibrid müharibəsi apara biləcəyini bilirik, bizdə də bu təcrübə var - kiberhücumlar, iqtisadi təzyiq. Rusiya müəyyən marjinal qrupları maliyyələşdirmək üçün hər cür təbliğatdan istifadə edə bilər”.

 

Prezident qeyd edib ki, ərazisi Rusiyanın işğalı altında olan, Gürcüstan kimi tarixi təcrübəsi və yaddaşı olan bir ölkədə rusiyayönümlü qrupların və partiyaların mövcudluğunu təsəvvür etmək çətindir, lakin belə qruplar mövcuddur. Zurabişvili deyib ki, onlar anti-Qərb təbliğatının müəyyən formaları üçün Rusiyadan gizli şəkildə maliyyələşirlər.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi