Modern.az

Lavrov Türkiyəyə gedir

Lavrov Türkiyəyə gedir

28 Fevral 2024, 15:53

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Türkiyənin Antalya şəhərində keçiriləcək III Diplomatiya Forumunda iştirak edəcək.

 

Modern.az xəbər verir ki, bu barədə RF Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova məlumat verib. O qeyd edib ki, Sergey Lavrov martın 1-3-də Türkiyənin Antalya şəhərində keçiriləcək III Diplomatiya Forumunda iştirak edəcək.

 

Zaxarovanın sözlərinə görə, rusiyalı nazir Türkiyə XİN-in başçısı ilə danışıqlar aparacaq. Tərəflər Cənubi Qafqazda, Ukraynada, Suriyada, Liviyada vəziyyəti, habelə Fələstin-İsrail münaqişəsini müzakirə edəcəklər.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
PUTİN RAZILAŞDI, UKRAYNA ÖZ TƏKLİFİNDƏN İMTİNA ETDİ