Modern.az

Borrelin səhhətində problem YARANDI

Borrelin səhhətində problem YARANDI

28 Fevral 2024, 17:26

Avropa İttifaqının Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrelin səhhətində problemlər yaranıb.

 

Modern.az xəbər verir ki, bu barədə o, özünün "X" hesabında bildirib.

 

Borrel qeyd edib ki, səhhətində yaranan problemə görə Avropa Parlamentinin iclasında iştirak etməyib.


"Təəssüf ki, səhhətimdə yaranan kiçik problemə görə Avropa Parlamentində bu həftə keçiriləcək müzakirələrini buraxmalı oldum və həkimlər mənə ictimai tədbirləri bir neçə gün təxirə salmağı məsləhət görüblər. Tezliklə tam cədvəlimi bərpa etməyi səbirsizliklə gözləyirəm", - o yazıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Əliyev Putinlə görüşə gedir