Modern.az

ABŞ-da meşə yanğınları: Texasdan Oklahomaya keçib

ABŞ-da meşə yanğınları: Texasdan Oklahomaya keçib

29 Fevral 2024, 17:32

ABŞ-ın Texasda ştatında bölgənin tarixində ikinci ən böyük meşə yanğını qonşu Oklahoma ştatına da keçib.

 

Modern.az xəbər verir ki, bu barədə ABŞ Meşə Xidməti məlumat yayıb.

 

Məlumata görə, yanğın sahəsi Texasda 343 min hektar, Oklahomada isə 12 min hektar olub. CNN xəbər verir ki, meşə yanğınlarının vurduğu zərərin qiymətləndirilməsi davam edir. Telekanalın məlumatına görə, yanğın nəticəsində Texas və Oklahoma ştatlarının ən azı iki şəhərində yaşayış binalarına ziyan dəyib.

 

Bir gün əvvəl Texas hakimiyyəti ştatın 60 regionunda fövqəladə vəziyyət elan edib, bəzilərində isə yerli sakinləri təxliyə etməyə başlayıblar. Ən azı 2 min insan elektrik enerjisiz qalıb.

 

Meşə yanğını fevralın 26-da başlayıb. Meşə xidməti yanğının sürətlə yayılmasını sürəti 65-80 km/saat olan güclü küləklə izah edib.

Whatsapp
Bizə yazın!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi