Modern.az

Paşinyan müavininin sədrlik etdiyi heyəti Rıjkovun dəfninə YOLLADI

Paşinyan müavininin sədrlik etdiyi heyəti Rıjkovun dəfninə YOLLADI

29 Fevral 2024, 17:44

Ermənistan baş nazirinin müavini Mher Qriqoryanın rəhbərlik etdiyi Nazirlər Kabinetinin nümayəndə heyəti Moskvaya gedəcək.

 

Modern.az "Sputnik Armenia"ya istinadən xəbər verir ki, məqsəd SSRİ-nin son baş naziri Nikolay Rıjkovun dəfn mərasimində iştirak etməkdir.

 

Nümayəndə heyətinə ərazi-idarəetmə naziri Qnel Sanosyan, hökumət rəsmiləri və parlament üzvləri daxildir.

 

Qeyd edək ki, Ermənistanın milli qəhrəmanı statusu daşıyan Rıjkov dünən 94 yaşında ölüb.

Bu xəbər ilə bağlı
Qorbaçovun baş naziri ÖLÜB
Xəbəri oxu
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi