Modern.az

Zelenski Şimali Makedoniya lideri ilə görüşdü 

Zelenski Şimali Makedoniya lideri ilə görüşdü 

29 Fevral 2024, 22:56

Şimali Makedoniya hökuməti Ukraynanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyini dəstəkləyir.

 

Modern.az xəbər verir ki, bunu Şimali Makedoniyanın Baş naziri Tələt Cəfəri Tiranada Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşdə deyib.

 

Tələt Cəfəri bildirib ki, ölkəsi Avropa İttifaqının ümumi xarici və təhlükəsizlik siyasətinə tam əməl olunması, eləcə də G7 ölkələrinin Ukrayna üçün təhlükəsizlik zəmanətləri ilə bağlı bəyannamədə iştirak edib.

 

Görüşdə liderlər Ukraynanın Avro-Atlantik məkanına inteqrasiyasına dair Şimali Makedoniya və Ukraynanın birgə bəyannaməsini imzalayıb. Bəyannamədə Rusiya qoşunlarının və silahlı birləşmələrinin Ukraynanın suveren ərazisindən dərhal və tam çıxarılması qeyd olunub.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi