Modern.az

Türkiyənin “Qırmızı kitab”ına dəyişiklik edilir 

Türkiyənin “Qırmızı kitab”ına dəyişiklik edilir 

1 Mart 2024, 00:13

Türkiyənin “gizli konstitusiyası” kimi tanınan və ictimaiyyət arasında “Qırmızı kitab” kimi tanınan Milli Təhlükəsizlik Siyasəti Sənədinin yenilənəcəyi gözlənilir.

 

Modern.az xəbər verir ki, bu barədə TRT kanalı məlumat yayıb.

 

Bildirilir ki, sözügedən məsələ bələdiyyə seçkilərindən sonra müzakirə ediləcək. 

 

Məlumata görə, “Qırmızı kitab”ın yenilənməsi ilə bağlı nazirliklərdən və aidiyyəti qurumlardan rəylər alınmağa başlanılıb.

 

Aprel ayında Milli Təhlükəsizlik Şurasının iclası keçiriləcək və "Qırmızı kitab"a dəyişiklik edilməsi müzakirə olunacaq.

Twitter
Sizə yeni tvit var
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi