Modern.az

Mirzoyan küveytli həmkarı ilə Azərbaycanla normallaşmanı müzakirə edib

Mirzoyan küveytli həmkarı ilə Azərbaycanla normallaşmanı müzakirə edib

1 Mart 2024, 17:28

Martın 1-də Antalyada keçirilən Diplomatik Forum çərçivəsində Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Küveytin xarici işlər naziri Abdulla Əli əl-Yəhya ilə görüşüb.

 

Modern.az "Armenpress"ə istinadən xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.

 

Ararat Mirzoyanın Abdullah Əli əl-Yəhyanı nazir vəzifəsinə təyin olunması münasibətilə təbrik etdiyi və birgə səylərlə ikitərəfli gündəliyi zənginləşdirməyə hazır olduğu bildirilib.

 

Həmsöhbətlər iki ölkə arasında siyasi dialoqun genişləndirilməsi məsələlərini müzakirə edib, hər iki tərəfin müxtəlif sahələrdə mövcud potensialın reallaşdırılması üçün əməli addımlar atmağa hazır olduqlarını bildiriblər.

 

Regional təhlükəsizlik məsələləri müzakirə edilib. Mirzoyan həmkarını Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması prosesində aparılan son müzakirələrlə tanış edib. Humanitar xarakterli məsələlər də müzakirə olunub.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi