Modern.az

Edi Ramanın Azərbaycana səfəri başa çatdı 

Edi Ramanın Azərbaycana səfəri başa çatdı 

1 Mart 2024, 19:42

Albaniyanın Baş naziri Edi Ramanın Azərbaycana işgüzar səfəri martın 1-də başa çatıb.

 

Modern.az xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Baş nazir Edi Ramanın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

 

Albaniya Baş nazirini hava limanında Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov, xarici işlər nazirinin müavini Fariz Rzayev və digər rəsmi şəxslər yola salıblar.

Whatsapp
Bizə yazın!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi