Modern.az

Türkiyə və Türkmənistan bu sahədə əməkdaşlıq edəcək

Türkiyə və Türkmənistan bu sahədə əməkdaşlıq edəcək

Dünya

2 Mart 2024, 08:41

Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar Türkiyə ilə Türkmənistan arasında enerji sahəsində Anlaşma Memorandumunun imzalandığını bildirib.

 

Modern.az xəbər verir ki, Alparslan Bayraktar bu barədə özünün sosial şəbəkə hesablarında yazıb.

 

Memorandum Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Türkmən xalqının Milli Lideri, Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovun iştirakı ilə Antalyada Diplomatiya Forumu çərçivəsində imzalanıb.

 

“Sənəd ölkələrimizin əməkdaşlığına töhfə vermək məqsədi daşıyır və təbii qaz sahəsində birgə iş üçün zəmin yaradır. Memoranduma atılan imzalar Türkmənistan qazını əvvəlcə Türkiyəyə, sonra isə dünya bazarlarına çatdırmaq niyyətimizin təzahürüdür”, – deyə A.Bayraktar qeyd edib.

Whatsapp
Bizə yazın!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi