Modern.az

10 nəfər qar uçqunu altında qaldı

10 nəfər qar uçqunu altında qaldı

Dünya

2 Mart 2024, 13:29

Yaponiyanın Naqano prefekturası ərazisindəki dağlarda 10-a yaxın insan qar uçqununun altında qalıb.

 

Modern.az xəbər verir ki, hadisə Otari kəndi yaxınlığında baş verib. Telekanalın məlumatına görə, zərərçəkənlərdən bəziləri qarın altından çıxmağa müvəffəq olub, lakin bir neçə nəfərin taleyindən hələ də xəbər yoxdur.

 

Hazırda hadisə yerində axtarış-xilasetmə əməliyyatı aparılır. Əməliyyata helikopterin də cəlb olunduğu bildirilir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi