Modern.az

Türkiyə və Ermənistan nümayəndələri görüşəcək

Türkiyə və Ermənistan nümayəndələri görüşəcək

2 Mart 2024, 15:40

Ermənistan və Türkiyə münasibətlərinin normallaşdırılması ilə bağlı növbəti görüşün keçirilməsi barədə qərar qəbul edilib.

 

Modern.az xəbər verir ki, bu barədə Türkiyənin Ermənistanla münasibətlərin normallaşdırılması üzrə xüsusi nümayəndəsi Serdar Kılıç məlumat verib.

 

“Görüş olacaq, biz qərar vermişik. Tarixi və yeri barədə razılığa gəlinəcək”, - Kılıç bildirib.

 

O, həmçinin iki ölkə sərhədinin üçüncü ölkə vətəndaşları üçün açılması ilə bağlı məsələyə münasibət bildirərək, bu istiqamətdə hələlik irəliləyiş olmadığını diqqətə çatdırıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu