Modern.az

Husilərin vurduğu ingilis gəmisi BATDI

Husilərin vurduğu ingilis gəmisi BATDI

Dünya

2 Mart 2024, 16:23

Fevralın 19-da Yəməndəki husi üsyançılarının hücumuna məruz qalan Britaniyaya məxsus Rubymar gəmisi Qırmızı dənizdə batıb.

 

Modern.az xəbər verir ki, bu barədə Yəmənin beynəlxalq səviyyədə tanınmış hökumətinin SABA dövlət agentliyi tərəfindən yayımlanan bəyanatında deyilir.

 

Zədələnmiş Rubymar gəmisindəki vəziyyəti izləyən böhran qrupu onun əlverişsiz hava şəraiti və dənizdə güclü külək səbəbindən dünən gecə batdığını bildirib.

 

Birləşmiş Ərəb Əmirliklərindən Bolqarıstana Beliz bayrağı ilə üzən Rubymar gəmisinə husilərin hücumu nəticəsində ciddi ziyan dəyib. Heyət təcili olaraq gəmini tərk etmək məcburiyyətində qalıb. Ehtimal edilirdi ki, ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus gəmilərin köməyi ilə Rubymar yedəyə alınaraq Səudiyyə Ərəbistanının Ciddə limanına aparılacaq.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi