Modern.az

Rusiya-Ermənistan münasibətlərində çox şeyi dəyişmək lazımdır

Rusiya-Ermənistan münasibətlərində çox şeyi dəyişmək lazımdır

Dünya

2 Mart 2024, 19:33

Moskva İrəvanın Rusiya Federasiyası ilə münasibətlərin pisləşməsinə doğru aparan yolu seçdiyinə təəssüf edir.

 

Modern.az xəbər verir ki, bunu Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov Antalyada Diplomatiya Forumunun yekunlarına həsr olunan mətbuat konfransında deyib.

 

“Biz Ermənistan rəhbərliyinin Rusiya Federasiyası ilə münasibətlərin pisləşməsinə doğru aparan yolu seçmək, Qarabağla bağlı bütün baş verənlərə görə Rusiyanı ittiham etmək barədə şüurlu qərar verdiyinə təəssüflənirik. Bu, əlbəttə ki, müttəfiqlikdən deyil”, - deyə nazir bildirib.

 

Onun sözlərinə görə, Ermənistan rəhbərliyi “İrəvana nəvaziş göstərən, Rusiya və regionda inteqrasiya strukturları ilə əlaqəni kəsəcəyi təqdirdə bütün bəlalarda ona kömək etmək vədi verən qeyri-regional aktorlara bel bağlayır”.

 

S.Lavrov vurğulayıb ki, əgər Ermənistan rəhbərliyi belə addımı xalqın rəyinə əsaslanaraq atıbsa, o halda Rusiya-Ermənistan münasibətlərində çox şeyi dəyişmək lazımdır.

Twitter
Sizə yeni tvit var
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi